Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.UWW bəzi mühüm yarışların təşkilatçılığı ilə bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçılığı isə Xorvatiyaya həvalə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…