Dünya Güləş Birliyinin toplantısı keçirilib

23 Mart 2017 18:27

Xəbər 923 dəfə oxunub

Tehranda Beynəlxalq Olimpiya Komitəsinin məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin yunan-Roma güləşi üzrə məşqçilərinin toplantısı keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, hər iki tədbirdə ölkəmizi yunan-Roma güləşi üzrə yığma komandamızın məşqçisi Nurəddin Rəcəbov təmsil edib.Kurs zamanı Dünya Güləş Birliyinin güləş qaydalarında edəcəyi dəyişikliklər barədə məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, qaydalar müzakirə edilib, praktik məşğələlər keçirilib.Sonda iştirakçılara sertifikatlar təqdim olunub.xeber100.com