Bakı İdman Sarayında təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının qalib və mükafatçıları ilə görüş keçirilib.Azərtac xəbər verir ki, Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq keçirilən çempionatda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar millinin heyətinə cəlb ediləcək və 2018-ci il ərzində komandanın qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.Yarışlar başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov qalib və mükafatçılarla görüşüb. İdmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirib:“Azərbaycan Güləş Federasiyası tərəfindən yığma komandaların seçiminə daim ədalətlə yanaşmağa çalışılıb və idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb. Ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları, xüsusən güləşçilərimiz ən mötəbər beynəlxalq yarışlarda daim ilk üçlükdə qərarlaşır. Sizin öhdənizə isə bu ənənəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi düşür”.Azərbaycan çempionatının qalib və mükafatçısı olmuş hər bir idmançıya uğur arzulayan Sahib Ələkbərov qələbəyə gedən yolun nizam-intizamdan və yüksək hazırlıqdan keçdiyini xüsusi vurğulayaraq deyib: “Artıq növbəti ilin ilk aylarından hazırlıq üzrə təlim-məşq toplanışları başlayacaq. Bu yarış artıq geridə qaldı. Sizin hər biriniz çalışmalısınız ki, keçirilən təlim-məşq toplanışlarında məşqçilərin tapşırıqlarına əməl edib, öz üzərinizdə çalışıb qələbəyə köklənəsiniz. Bunun üçün təbii ki, nizam-intizama da xüsusi diqqət yetirməlisiniz. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçıları sizin aranızdadır”.Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov da idmançılar və Federasiya rəhbərliyi qarşısında çıxış edərək bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da onlara göstərilən etimadı doğrultmaq üçün çalışacaqlar:“Biz hər zaman dövlətimizin və Federasiyamızın dəstəyini üzərimizdə hiss etmişik. Bu gün də hiss edirik. Çalışırıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələni edirik və edəcəyik. Azərbaycan çempionatının nəticələrinə görə, yığma komandamızın yeni heyəti formalaşdı. Qarşıdakı yarışlarda hər bir komanda üzvünü sınaqdan keçirəcək, qitə və dünya çempionatları üçün heyəti müəyyənləşdirəcəyik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…