Dünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

28 İyul 2017 11:32

Xəbər 1080 dəfə oxunub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM), Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin və Məhəmməd Əmin Rəsulzadə qəsəbə bələdiyyəsi ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə RMDM-də 28 iyul – Dünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.RMDM-in mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı gənclər birliyinin sədri Ayla İbrahimova Dünya Səhiyyə Təşkilatının hepatit viruslarının yayılmasının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildən etibarən 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etdiyini vurğulayıb.RMDM-in həkim-qastroenteroloq-hepatoloqu, Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü Cəmil Kamilli hepatit virusları və onların əlamətləri, yoluxma yolları, diaqnostikası, müalicəsi, profilaktik tədbirlər haqqında məlumat verib.Digər çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, belə maarifləndirici aksiyaların davamlı keçirilməsinin vacibliyini qeyd edib, gəncləri bu işdə fəal olmağa çağırıblar.Aksiya çərçivəsində Cəmil Kamilli Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yaşayan gəncləri ödənişsiz müayinə edib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05