Dünya İdman və Mədəniyyət Forumu işə başlayıb

21 Oktyabr 2016 12:23

Xəbər 832 dəfə oxunub

Oktyabrın 19-da Yaponiyanın Kioto şəhərində Dünya İdman və Mədəniyyət Forumu işə başlayıb. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbirə 60 ölkədən 300-dən çox nümayəndə qatılıb. Tədbirdə Beynəlxalq Olimpiya və Paralimpiya komitələrinin, Beynəlxalq Reqbi Federasiyasının rəhbərləri də iştirak edirlər. Forumda Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibinə nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə daxildir.xeber100.com