Karate üzrə milli komandamızın liderləri Rafael Ağayev və İrina Zaretskanın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcəyi rəsmiləşib.Azərtac xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi Olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev 75, İ.Zaretska isə 61 kiloqram çəki dərəcəsində yarışacaq.R.Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusadır (Yaponiya).İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin Olimpiya lisenziyası qazanması iyunun 26-28 Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…