Bu yaxınlarda Macarıstanda dünya kuboku uğrunda kikboksinq yarışları keçirilib. Ümumilikdə 56 komandanın təmsil olunduğu, 2300 idmançının iştirak etdiyi yarışda Azərbaycan milli komandası növbəti uğurunu qazanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətinin əməkdaşı Hikmət Hacıyevin rəhbərliyi altında milli komandamızın təmsilçilərindən Ruslan Musayev çəkisi 67 kiloqramadək olan idmançılar arasında keçirdiyi bütün qarşılaşmalarda rəqibləri üzərində inamlı qələbə qazanaraq qızıl medal qazanıb.Digər idmançılarımızdan Məhəmməd İmanov (48 kq) gümüş, Zəkulla Teymurov (63,5 kq) və Ağamahmud Siracov (67 kq) bürünc mükafata layiq görülüblər.Veteranlar arasında mübarizəyə qatılan DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin kiçik inspektoru, polis baş serjantı Hikmət Hacıyev bürünc medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…