Dünya kuboku yarışları başlayıb

18 Fevral 2017 13:46

Xəbər 905 dəfə oxunub

Bakıda Milli Gimnastika Arenasında yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk dünya kuboku yarışı başlayıb. Yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq.Azərtac xəbər verir ki, dünya kubokunun birinci günündə təsnifat yarışları keçirilir.xatırladaq ki, ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə mötəbər tədbir – dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə dünya kuboku isə Azərbaycanda ilk dəfə keçirilir.xeber100.com