Fevralın 15-16-da Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının təqvimi açıqlanıb.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirin birinci günündə tamblinq və batut gimnastikasi üzrə fərdi təsnifat yarışları baş tutacaq. Həmçinin batut üzrə sinxron cütlüklər arasında təsnifat yarışları təşkil olunacaq. Dünya kubokunun ikinci günündə isə təsnifat yarışlarında uğurla çıxış edən gimnastlar final mərhələsində mübarizə aparacaqlar. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 30 ölkə iştirakını təsdiqləyib. Təxminən 150 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq.Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…