İyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək şahmat üzrə dünya kubokunda iştirak edəcək şahmatçılarımızın rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən yalnız Vasif Durarbəyli mübarizəyə qoşulacaq. Bir şahmatçımız istisna olmaqla, digər təmsilçilərimiz isə mübarizəyə altımış dörddəbir final mərhələsindən başlayacaqlar.V.Durarbəyli bu mərhələdə Finlandiyanı təmsil edən Dmitrti Sklyarovla qarşılaşacaq. Bu cütün qalibini isə növbəti mərhələdə rusiyalı Aleksandr Predke gözləyəcək. Kişilərin yarışında digər təmsilçilərimiz – Şəhriyar Məmmədyarov Braziliyanı təmsil edən erməni əsilli Krikor Mxetaryan və meksikalı Karlos Zamora, Nicat Abasov isə venesuelalı Pedro Ramon Reyes və Ermənistan təmsilçisi Şant Sarqisyan cütlərinin qalibləri ilə qarşılaşacaqlar.Qadınların yarışına gəlincə, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez, Gülnar Məmmədova estoniyalı Mai Narva, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padmini ilə üz-üzə gələcəklər. Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq. Təmsilçimizin bu mərhələdə rəqibi slovakiyalı Laurua Unuk və suriyalı Şafa Şrukun cütünün qalibi olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…