Dünya Kubokunun üçüncü yarış günü başlayıb

28 Aprel 2019 13:18

Xəbər 589 dəfə oxunub

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə 20.650 xalla birinci yeri belaruslu gimnast Anastasiya Salos qazanıb.Trend-in məlumatına görə, ikinci yerdə Arina Averina (Rusiya, 20.600), üçüncü yerdə Dina Averina (Rusiya, 20.250) qərarlaşıb.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.xeber100.com