Avqustun 9-da Yaponiyanın qərbində yerləşən Naqasaki şəhərində atom bombardmanının 71-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Naqasakinin meri Tomihişa Taue cari ilin mayında ABŞ Prezidenti Barak Obamanın bu şəhərə tarixi səfərini xatırladıb, digər liderləri də həmin şəhəri ziyarətə dəvət edib. Dünya liderlərinə müraciət edən mer onları nüvə silahının ləğvi üçün hüquqi əsasların yaradılacağı müzakirələrə başlamağa çağırıb. Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe bildirib ki, Yaponiya Nüvə silahının yayılmaması barədə müqavilənin saxlanması və möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. Baş nazir nüvə silahına malik olan və olmayan ölkələri bu silahın ləğv edildiyi dünya yaratmağa çağırıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…