Dünya liderlərinin həyatından

28 Yanvar 2016 09:20

Xəbər 1090 dəfə oxunub

Dünya siyasi liderlərinin siasətdən öncəki həyatı aktual olaraq qalır. Türkiyə mətbuatının məlumatına görə, onların bəziləri hərbiçi, kəşfiyyatçı, göz həkimi, bəziləri isə tamam başqa sahədə fəaliyyət göstəriblər.

İngiltərənin baş naziri Devid Kameron Oksforddakı Brasenose Kollecindən məzun olub. Kameron kolleci bitirdikdən sonra sağçı partiyalarla bağlı araşdırmalar aparıb. Sağçıların mərkəzi ofisində çalışqanlığı ilə tanınan Kameron, məktəbdə gecə həyatına meyilli olub. Çox sərt davranışları ilə tanınan baş nazirin ətrafındakı insanların əksəriyyəti içki içmələri və pis rəftarları ilə ad qazıblar. Amma o keçmişi barədə danışmağı həmişə rədd edib.

 

Rusiya prezidenti Vladimir Putinin gecə həyatı barədə məlumat olmasada onun indi olduğu kimi cavanlıqda da işə həvəsli olduğu bildirilir.

Sankt-Peterburq Dövlət Universitetindən məzun olduqdan sonra Putin xüsusi xidmət orqanlarında işləyib. Putin müdir katibi, kəşfiyyatçı, təlimçi vəzifələrində çalışıb. 10 ildən çox müddətdə kəşfiyyat zabiti kimi fəaliyyət göstərib. Bu vəzifədə çalışdığı üçün onun gənclik illəri ilə bağlı daha çox məlumat əldə etmək mümkün deyil. Amma universitet illərindən cüdo ilə maraqlandığı bildirilir

 

ABŞ prezidenti Barak Obamanın da gəncliyi rəngarəng olub. Obama cavanlıqda sipirtli içki və narkotik vasitələrdən istifadə edib. 1983-ci ildə Kolumbiya Universiteti siyasət elmlər fakültəsindən məzun olan ABŞ prezidenti 1988-ci ildə Harvard Univeristetinin hüquq fakültəsinə qəbul olub. Obamanın müsəlman olduğu deyilsə də, onun gənc yaşlarından Çikaqodakı kilsələrdən birinə üzv olduğu bildirilir.

Suriya lideri Bəşər Əsəd Dəməşq universitetinin tibb fakültəsindən 1988-ci ildə məzun olub. Prezident Dəməşqdən kənarda yerləşən xəstəxanalardan birində göz həkimi işləyib. Bəşər Əsədin gəncliyinin çox hissəsi Londonda keçib. Amma böyük qardaşı avtomobil qəzasında öldükdən sonra Suriyaya qayıtmaq məcburiyyətində qalıb. Ölkəni idarə elməklə bağlı planları olmayan Əsəd atası Hafiz Əl-Əsədin dövləti idarə etməklə bağlı təklifini qəbul edib.

 

İsrailin baş naziri Benyamin Netanyahu gənclik illərində İsrail müdafiə qüvvələrində işləyib, İsrailin Suriya ərazilərində keçirdiyi əməliyyatlarda iştirak edib. 1972-ci ildə isə qaçırılan sərnişin təyyarəsini terrorçuların əlindən ala bilib.
Almaniyanın ilk qadın baş naziri Angela Merkeldə siyasətə təsadüfən gələnlərdəndir. Merkel gənclik illərində barmen işləyib. İlk həyat yoldaşı Ulrix ilə Leipzig Universitetində fizika dərsində tanış olub. 1974-ci ildə tanış olan cütlük 1977-ci ildə evlənmək qərarına gəlib. Merkel ilk yoldaşından 1982-ci ildə boşanıb.
Şimali Koreya lideri Kim Çin Inın apardığı siyasət kimi həyatı barədə də yetərli məlumat yoxdur. Yalnız onun İsveçrədə təhsil aldığı deyilir. Bu isə tam dəqiqliklə sübuta yetirilməyib. Onun doğum tarixi belə dəqiq deyil. Ancaq onun gənc yaşlarında basketbolla maraqlandığı bildirilir.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclik illərindən ölkənin siyasi və ictimai həyatında fəal iştirak edib. Onun hobbisi isə futboll oynamaq olub. Ərdoğan siyasi fəaliyyəti dövründə bir neçə dəfə həbs yaşayan liderlərdəndir.

Dünya liderləri arasında inqilabi ruhda yetişənlərdən biri də İranın dövlət başçısı Həsən Ruhani olub. O, Tehran universitetində məhkəmə hüququ təhsili aldıqdan sonra, şah əlehdarı, İran inqilabının lideri Ayyətullah Xomeyninin təşkil etdiyi etirazlara qoşulub. Daha sonra Ruhani Fransaya sürgün edilən Xomeyniyə dəstək olmaq üçün ölkəni tərk edib. Ruhani kəskin inqilabi fikirlərində görə bir neçə dəfə həbs həyatı yaşayıb. Şotlandiyada təhsil alan Ruhani fars, ingilis, ərəb, rus və alman dillərində danışa bilir. Hazırda onun bu təhsili özündən çox İran xalqının işinə yarayır. Çünki müasir düşüncəli İran lideri millətinin dünya xalqları içərisində inamla addımlaması üçün illərdir ki, davam edən nüvə danışıqlarının sülhlə başa çatdırılmasına razılıq verib. Hazırda İran bu lider sayəsində dünyaya qapılarını yenidən açır.

“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq

İranla bağlı məsələlərin hərb yolu ilə həlli yoxdur. Tehran təzyiq və təhdidlərə təslim olmayacaq. İran mediası xəbər verir ki, bu barədə cümə axşamı xarici işlər naziri Abbas Əraqçi bildirib. “Fars” xəbər agentliyinin məlumatına görə, Hindistanda keçirilən “BRICS 2026” xarici işlər nazirlərinin görüşündə çıxış edən Əraqçi bildirib ki, İran bir ildən az müddətdə iki dəfə ABŞ və İsrail tərəfindən təcavüzə məruz qalıb. “Davamlılıq, innovasiya, əməkdaşlıq və dayanıqlılıq üçün nizam” mövzusunda keçirilən qlobal görüş fevralın 28-də başlayan və hazırda atəşkəs rejimi altında olan ABŞ-İran müharibəsi fonunda keçirilir. Əraqçi deyib: “İndi hər kəsə aydın olmalıdır ki, İran məğlubedilməzdir və təzyiqə məruz qaldıqda, əvvəlkindən daha güclü və həmrəy olur”. Onun sözlərinə görə, Tehran diplomatiyaya tam sadiq qalır, eyni zamanda, azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün tam gücü ilə mübarizə aparmağa hazırdır. “Dəfələrlə vurğuladığım kimi, İranla bağlı heç bir məsələnin hərb yolu ilə həlli yoxdur. İranlılar heç bir təzyiqə və ya təhdidə boyun əyməyəcək”, -deyə Əraqçi qeyd edib. İranlı nazir ölkənin silahlı qüvvələrinin xarici təcavüzkarlara “güclü və sarsıdıcı” cavab verməyə hazır olduğunu bildirib və eyni zamanda, İran xalqının sülhsevər olduğunu və müharibə istəmədiyini vurğulayıb. “Bu rüsvayçı vəziyyətdə biz təcavüzkar deyilik, əksinə, haqsızlığa məruz qalan və təhqir olunmuş tərəfik”, - deyə o bildirib.

May 14, 2026 14:23

OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək

OPEC+ könüllü ölkələrinin növbəti görüşü bu il iyunun 7-də - alyansın nazirlərinin görüşü ilə eyni gündə keçiriləcək. Bu tədbirdə 2027-ci il üçün kvotaların hesablanacağı maksimum dayanıqlı istehsal gücü (MSC) razılaşdırıla bilər. Xarici media xəbər verir ki, bundan əvvəl neft hasilatını müəyyən edilmiş kvotalardan kənara çıxaraq könüllü azaldan yeddi OPEC+ ölkəsi 2026-cı ilin iyun ayında istehsal həcmlərinin tədricən bərpasını davam etdirmək qərarına gəlib. Bu qərar videokonfrans vasitəsilə keçirilən görüşdə razılaşdırılıb. Bu ölkələr Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır. Bu koalisiya əvvəllər “Səkkizlik qrupu” kimi tanınırdı, lakin Birləşmiş Ərəb Əmirlikləri 1 may 2026-cı il tarixindən etibarən müstəqil istehsal siyasəti yürütmək niyyətində olduğunu bildirərək OPEC və OPEC+-dan çıxıb. BƏƏ-nin bu addımı nəzərə alınıb və hasilatın bərpa sürəti tənzimlənib. Ölkələr aprel və may aylarında bazara gündəlik 206 min barel neft çıxarsalar da, iyun ayında bu rəqəm sutkalıq 188 min barel olacaq. Nəticədə könüllü ölkələrin ümumi hasilatı gündə 30.447 milyon barelə çatacaq. Əvvəllər azaldılmış həcmlərin (gündəlik 1.65 milyon barel) bərpası 2025-ci ilin oktyabr ayında başlayıb. 2026-cı ilin birinci rübündə mövsümi amillər səbəbindən proses müvəqqəti olaraq dayandırılıb, daha sonra yazda yenidən sürətlənib. OPEC-in Kommünikesində ölkələrin neft bazarının sabitliyini təmin etməyə sadiq qaldığı, tələb və təklifdəki dəyişikliklərə çevik reaksiya verməyə hazır olduqları vurğulanır. Bazar şəraitindən asılı olaraq, hasilatın daha çox artırılması, fasilə və ya əlavə məhdudiyyətlərə qayıtma variantları da mümkündür.xeber100.com  

May 4, 2026 13:46

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…

Pakistan XİN-in bazar ertəsi, mayın 4-də dərc olunan rəsmi açıqlamasında bildirilir ki, bu ölkənin baş diplomatı İshaq Dar İslamabadın davam edən Yaxın Şərq münaqişəsinin danışıqlar yolu ilə həlli üçün ABŞ və İran arasında birbaşa danışıqları canlandırmaq səylərinin bir hissəsi olaraq iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı aparıb. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, nazirlər “regional vəziyyət və Pakistanın regionda sülh və sabitlik üçün davam edən diplomatik səyləri” ətrafında fikir mübadiləsi aparıblar. Abbas Araqçi konstruktiv roluna və iki tərəf arasında səmimi vasitəçilik səylərinə görə Pakistana minnətdarlıq edib. Bəyanatda əlavə edilib ki, Dar Pakistanın konstruktiv əməkdaşlığı təşviq etmək öhdəliyini bir daha təsdiqləyib, dialoq və diplomatiyanın münaqişənin sülh yolu ilə həlli, regionda və ondan kənarda davamlı sülh və sabitliyə nail olmaq üçün yeganə mümkün vasitə olaraq qaldığını vurğulayıb. Bu telefon danışığı İran Xarici İşlər Nazirliyinin Tehranın müharibəyə son qoymaq üçün yenidən işlənmiş 14 maddəlik təklifi ilə bağlı ABŞ-nin cavabını nəzərdən keçirdiyini bildirməsindən bir neçə saat sonra baş tutub. İran nüvə məsələsinin son təklifinin bir hissəsi olmadığını bildirib və iki tərəf arasında daimi atəşkəs əldə edildikdən sonra çətin məsələnin danışıqların ikinci mərhələsində müzakirə edilməsi variantını irəli sürüb. Vasitəçiliklə tanış olan Pakistan mənbələri Anadolu agentliyinə bildiriblər ki, ABŞ İslamabad vasitəsilə İrana verdiyi cavabda İranın nüvə proqramı ilə bağlı razılaşmanı daimi atəşkəslə birləşdirib. Mənbələrə görə, İranın yenidən işlənmiş təklifində atəşkəsin müharibənin daimi sonuna çevrilməsi və nüvə məsələsinin sonrakı mərhələyə təxirə salınması təklif olunmuşdu. Pakistan 11-12 aprel tarixlərində Vaşinqton və Tehran arasında danışıqların birinci mərhələsinə ev sahibliyi edib, lakin müharibəyə son qoymaq üçün razılıq əldə olunmayıb. Danışıqlar aprelin 8-də Pakistanın vasitəçiliyi ilə əldə edilən və daha sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən uzadılmış ikihəftəlik atəşkəsdən sonra baş tutub.xeber100.com

May 4, 2026 13:41

Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq

Fransanın Xarici İşlər Naziri cümə günü bildirib ki, şərait imkan verdikdən sonra Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq. Fransız mediası xəbər verir ki, Fransa XİN-in rəhbəri Jan Noel Baro jurnalistlərə bildirib: “Hörmüz boğazının blokadası dayandırılmalıdır. Boğazda heç bir şantaj, blokada və ya heç bir zərər ola bilməz”. O, boğazlardan keçidin beynəlxalq hüquqla tənzimləndiyini və heç bir halda maneə törədilə bilməyəcəyini vurğulayıb. Baro yanacaq qiymətlərinin güclü şəkildə hiss olunduğunu bildirib. O əlavə edib ki, Fransa böhranın başlanğıcından bəri ev təsərrüfatlarını və müəssisələri artan enerji qiymətlərindən qorumaq üçün tədbirlər görür. Nazir yanacaq qiymətlərinin artmasına ən çox məruz qalan sektorlar, o cümlədən balıqçılıq, kənd təsərrüfatı, nəqliyyat və ağır yol istifadəçiləri üçün şokun bir hissəsini aradan qaldırmağa kömək etmək üçün hədəflənmiş dəstəyin tətbiq olunduğunu deyib. Onun sözlərinə görə, Fransa gələcək böhranlara məruz qalma ehtimalını məhdudlaşdırmaq məqsədilə nəqliyyat və istilik sistemlərində elektrikləşdirmə səyləri vasitəsilə karbohidrogenlərdən asılılığı azaltmaq planına start verib. Baronun sözlərinə görə, missiyanın məqsədi şərait imkan verdikdən sonra müşayiət və minatəmizləmə əməliyyatları vasitəsilə dəniz nəqliyyatının mümkün qədər tez bərpa olunmasına şərait yaratmaqdır. xeber100.com  

May 1, 2026 13:56