Oktyabrın 2-3-də Şimali Kipr Türk Respublikasında Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib. Toplantıda birliyə üzv ölkələrin Mətbuat şuralarının ötən müddətdə gördükləri işlər barədə hesabatları dinlənilib. Ə.Amaşov bu hissədəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən danışıb. O bildirib ki, Mətbuat Şurası şikayətləri araşdırıb öz qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda, ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini əldə rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…