Dünya Minifutbol Federasiyası milli komandaların reytinq cədvəlini açıqlayıb

16 İyun 2023 13:58

Xəbər 316 dəfə oxunub

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb.

Azərbaycan Minifutbol Federasiyası xəbər verir ki, son Avropa çempionatının qalibi olan yığmamız yeni açıqlanan sıralamada beşinci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var.

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.