Portuqaliyada IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçirilən Dünya Oyunlarının taekvondo yarışları başa çatıb.Azərtac xəbər verir ki, Oyunların sonuncu günündə qadınlar arasında mübarizəyə qoşulan Röyalə Fətəliyeva (49 kq, K44) bürünc medala sahib olub.Beləliklə, Dünya Oyunlarında 12 idmançı ilə təmsil olunan parataekvondo üzrə milli komandamız aktivinə bir qızıl, bir gümüş və üç bürünc medal əlavə edib.Xatırladaq ki, yarışların ilk günündə millinin kapitanı Nicat Müslümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kiloqram çəki dərəcəsində (K42) qızıl, 43 kateqoriyalı idmançıların yarışında gümüş medal əldə edib. Eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev və 75 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüblər.Baş məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun yetirmələri komanda hesabında İran və Türkiyə komandalarından sonra üçüncü yerdə qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…