Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi ilə Nigeriyanın şimal-şərq rayonlarında iğtişaşlar nəticəsində zərər çəkən 10 yaşa qədər uşaqların vaksinasiyası üzrə kampaniyaya başlanılıb.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, balaca nigeriyalılar təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən qızılca və poliomielitə qarşı peyvənd olunacaqlar.İkihəftəlik kampaniya ölkənin üç ştatında keçiriləcək. Kampaniyaya xüsusi hazırlıq keçmiş 4 min mütəxəssisdən ibarət qruplar cəlb edilib. Hər yeddi nəfər üzrə qrupda tibb işçiləri də var.DST-nin məlumatına görə, son aylarda Nigeriyanın şərq hissəsində uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Belə ki, 2016-cı ilin sentyabr ayından dekabrın 18-dək bu ərazidə qızılcaya oxşar 1500 yoluxma halının aşkarlanması barədə məlumatlar daxil olub.DST-nin dəstəyi ilə bu yaxınlarda ölkənin Borno ştatında məcburi köçkün düşərgələrində yaşayan 83 min uşaq peyvənd alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…