Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir…

22 İyul 2016 12:24

Xəbər 1003 dəfə oxunub

Dünyada təxminən 400 milyon nəfər hepatit virusuna yoluxub, lakin bunu hər 20 nəfərdən yalnız biri bilir. Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, statistikaya görə, hepatitə yoluxanların üçdə birində xərçəng və qaraciyər xəstəlikləri inkişaf edir. Bu səbəbdən isə hər il 1,45 milyon nəfər həlak olur. Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, orqanizmə düşən virus on illərlə özünü göstərməyə bilər. “Məhz bu səbəbdən çoxları bu xəstəliyə diqqət yetirmir. Əgər siz hepatit B-yə uşaqlıqda, yaxud 16 yaşında inyeksiya nəticəsində yoluxmusunuzsa, sizdə sirroz 40, 50 və ya 60 yaşında inkişaf edə bilər. Buna qədər isə siz xəstəlik barədə şübhələnmirsiniz”, – deyə DST-dən Stefan Viktor bildirib. Hepatit C isə inyeksion narkotik qəbulu zamanı və ya bədən döyməsindən sonra ötürülə bilər. Yoluxma varlı dövlətlərdə əsasən narkotik istifadəçiləri arasında baş verir. Sanitariya normalarına əməl etməyən tibb müəssisələrində də hepatit virusuna yoluxma halları olur. DST dünyanın bütün ölkələrini milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. Bu çağırış iyulun 28-də qeyd olunacaq Ümumdünya Hepatit Günü ərəfəsində səslənib. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq hepatitə yoluxanların sayını 2030-cu ilədək 90 faiz azaltmaq lazımdır.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05