Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir…

29 Noyabr 2016 13:31

Xəbər 1570 dəfə oxunub

Hazırda Avropada vəhşi quşlar arasında A(H5N8) virusunun yayılması müşahidə edilir. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri hesab edirlər ki, insanın quş qripinə yoluxması ehtimalı minimaldır. Lakin onların hamısı sayıqlıq nümayiş etdirməyi, xəstə quşlara yalın əllə toxunmamağı, quş ətindən yemək hazırlayan zaman maksimum ehtiyatlı olmağı, habelə yeri hakimiyyət orqanlarını xəstə quşlar barədə məlumatlandırmağı məsləhət görürlər.Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, 2016-cı ilin iyun ayında DST-nin Avropa Regional Bürosuna Avstriya, Macarıstan, Almaniya, Danimarka, İsrail, Niderland, Polşa, Rusiya, Xorvatiya və İsveçrə ərazilərində vəhşi quşlarda, bəzi hallarda ev quşlarında A(H5N8) quş qripinin ən patogen formalarından birinin aşkar edilməsi barədə informasiya daxil olub.İnsanların H5N8 virusuna yoluxma riskinin cüzi olduğunu qeyd edən həkimlər virusun mutasiya edə biləcəyini istisna etmirlər. Onlar xatırladıblar ki, əvvəllər insanların quş qripinin belə tiplərinə yoluxması ilə bağlı ayrı-ayrı hallar qeydə alınıb.2014-cü ildən etibarən bu, regionda vəhşi və ev quşları arasında yaranmış artıq ikinci A(H5N8) qripi ocağıdır. Quş qripinin bu növü külli miqdarda quşun, o cümlədən toyuq, ördək və qazların tələf olmasına gətirib çıxarır.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05