BMT-nin baş katibi cümə axşamı İtaliya Prezidenti Sergio Mattarellaya telefonla zəng edərək ölkənin mərkəzi hissəsində baş verən zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verib. BMT-nin saytında xəbər verilir ki, Pan Gi Mun səmərəli və operativ tədbirlər sayəsində zəlzələdən zərər çəkən yüzlərlə insanın həyatını xilas etdiyinə görə İtaliya hökumətinə minnətdarlığını bildirib. BMT-nin başçısı əlavə yardım ayırmağa hazır olduğunu da deyib. Son məlumatlara görə, zəlzələ nəticəsində 247 nəfər ölüb. Yüzlərlə insan xəsarət alıb. Bir çox rayonlarda elektrik xətləri zədələnib, binalar, o cümlədən xəstəxanalar dağılıb. Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri vəziyyəti diqqətlə izləyirlər. “Biz də çox narahatıq ki, tibb müəssisələri ciddi xəsarət alıb. Yaranmış vəziyyətdə çox vacibdir ki, xəstəxanalar normal rejimdə işləməyə davam etsinlər. Biz lazımi kömək göstərməyə hazırıq”, – deyə DST-nin regional direktoru Jujanna Yakab bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…