Dünya Səhiyyə Təşkilatının 66-cı sessiyası başlayıb

13 Sentyabr 2016 20:23

Xəbər 1669 dəfə oxunub

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional komitəsinin Kopenhagendə sentyabrın 12-də öz işinə başlayan 66-cı sessiyasında iştirak edir. Bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sessiyada 53 ölkənin nümayəndələri reproduktiv sağlamlıq sahəsində xidmətlərin gücləndirilməsi, miqrantların sağlamlığının qorunması və qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə regional planlarını təsdiq edəcəklər. Azərbaycanın səhiyyə naziri DST-nin regional bürosuna üzv dövlətlərdən 300-ə yaxın nümayəndənin qatıldığı sessiyada regionda ən çox insan ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərlə mübarizə mövzusunda müzakirələrdə iştirak edəcək. Qeyd edək ki, DST-nin Avropa bürosunun üzvü olan 53 ölkədə bütün ölüm hallarının 86 faizi xroniki xəstəliklər nəticəsində baş verir. Nümayəndələr tarixdə ilk dəfə hepatitlərlə mübarizə üzrə regional fəaliyyət planı təsdiq etmək niyyətindədirlər. Sessiya sentyabrın 15-dək davam edəcək.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05