BMT bütün dünya ölkələrini uşaqları qızılcadan qorumaq üçün immunlaşdırma üzrə fəaliyyətlərini gücləndirməyə çağırıb. BMT-nin saytı xəbər verir ki, 2000-ci ildən 2015-ci ilədək qızılcadan ölüm halları 79 faiz azalsa da, hələ də bu təhlükəli virusdan hər gün təxminən 400 uşaq ölür. “Qızılcanın qarşısının alınması mümkündür. Bizdə vasitələr və biliklər bu məqsədin həyata keçirilməsi üçün yetərlidir. Yalnız siyasi iradə və hər bir uşağa kömək etmək istəyi çatışmır. Uşaqlar belə bir iradənin təzahürü olmadan bu xəstəlikdən yenə də öləcəklər. Böyük xərclər çəkmədən xəstəliyin qarşısını asanlıqla almaq olar”, – deyə UNICEF-in nümayəndəsi Robin Nandi bildirib.2000-ci ildən 2015-ci ilədək vaksinasiya üzrə aparılan kütləvi kampaniya sayəsində 20,3 milyon insanın həyatını xilas etmək mümkün olub. Lakin bu hamını əhatə etməyib. Ötən il 20 milyon uşaq qızılcaya qarşı peyvənd almayıb. Təxminən 134 min uşaq bu xəstəlikdən ölüb. Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Konqo Demokratik Respublikasında uşaqların yarısı peyvənd almadığı üçün onların ölüm hallarının 75 faizi qızılcanın payına düşüb. “Hər il milyonlarla uşaq peyvənd olunmur, vəziyyət tamamilə qəbuledilməzdir. Bizim etibarlı və yüksək keyfiyyətli vaksinlər bu uşaqların həyatını xilas edə bilər”, – deyə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndəsi Jan-Mari Okva-Bele bəyan edib. O bildirib ki, bu il Şimali və Cənubi Amerika qızılcadan azad bölgələr elan edilib. Son illərdə dünyanın bir çox ölkələrində uşaqların qızılca əleyhinə peyvəndlə əhatə səviyyəsi xeyli azalıb. Ekspertlər əmindirlər ki, məhz bu tendensiya Misir, Efiopiya, Almaniya, Qırğızıstan və Monqolustanda qızılca xəstəliyinin baş verməsinə gətirib çıxarıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…