Dünya Səhiyyə Təşkilatı (DST) qarın yatalağı əleyhinə yeni vaksini bəyənib. Azərtac DST-yə istinadla xəbər verir ki, bu vaksin hətta azyaşlı uşaqlar üçün də təhlükəsizdir.Hər il dünyada təqribən 20 milyon adam qarın yatalağına yoluxur. Yoluxma hallarının 160 mindən çoxu ölümlə nəticələnir.Ehtimala görə, yeni vaksin kiçik dozalarda mövcud vaksinlərin təmin etdiyindən daha uzunmüddətli müdafiəni təmin edə biləcək. Yeni peyvəndlər hətta altı aylıq uşaqlar üçün də təhlükəsizdir.Vaksinin DST tərəfindən qabaqcadan bəyənilməsi faktı göstərir ki, o, bütün keyfiyyət, səmərəlilik və təhlükəsizlik standartlarına cavab verir. DST sertifikatı vaksini BMT Uşaq Fondunun (UNICEF), BMT sisteminin digər müəssisələrinin və onların tərəfdaşlarının layihələri çərçivəsində almağa imkan verəcək.Yeni vaksinin yaradılması qarın yatalağının müalicəsində antibiotiklərdən istifadə hallarını azaltmaq məqsədi daşıyır.Həkimlərin fikrincə, urbanizasiya və iqlim dəyişmələri son vaxtlar bir çox yerlərdə antibiotiklərə qarşı davamlılıq əldə etmiş və artıq müalicə olunmayan qarın yatalağı xəstəliyi hallarının sayının artmasına gətirib çıxarır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…