Azərbaycan Tibb Universiteti (ATU) Dünya Səhiyyə Təşkilatının (DST) Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinin üzvü olub. Bu barədə DST İctimai Sağlamlıq Departamentinin direktoru Maria Neira tərəfindən ATU-ya ünvanlanan məktubda rəsmi açıqlama verilib.Universitetin DST şəbəkəsi ilə əlaqələndiricisi İsmayıl Əfəndiyevin Azərtac-a verdiyi məlumata görə, kimyəvi təhlükəsizlik XXI əsrin qlobal problemlərindən biridir. On milyona qədər müxtəlif kimyəvi maddənin ətraf mühitdə toplanması nəticəsində son onillikdə bütün dünyada kəskin və xroniki zəhərlənmə problemi xüsusi aktuallıq kəsb edib. Bu maddələrin çoxu sənayedə, kənd təsərrüfatında və məişətdə istifadə olunur. DST-nin məlumatına əsasən, təxirəsalınmaz yardıma görə stasionara təcili daxil olanların 15-20 faizini kimyəvi mənşəli kəskin zəhərlənmələrə məruz qalan şəxslər təşkil edir. İl ərzində 350 mindən artıq insan isə ancaq təsadüfi zəhərlənmədən ölür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…