Dünya Səhiyyə Təşkilatının məlumatına görə…

26 Fevral 2017 12:10

Xəbər 929 dəfə oxunub

Londonun İmperial Kollecinin alimləri Dünya Səhiyyə Təşkilatı ilə birgə 35 sənaye ölkəsində yaşam gözləntilərində 2030-cu ilə qədər baş verə biləcək dəyişiklikləri öyrənmək üçün apardıqları araşdırma zamanı orta ömür müddətinin artacağını müəyyən ediblər.Azərtac sciencedaily.com saytına istinadən xəbər verir ki, Koreya Respublikasında orta ömür müddəti 90 ili ötəcək.Tədqiqatçılar ölkə sakinlərinin payına düşən ömür müddətini də hesablayıblar. Onlar 2030-cu ildə Koreyada doğulan zərif cins nümayəndələrinin 90.8 il, kişilərin isə 84.1 il ömür sürəcəyi qənaətinə gəliblər. Alimlər həmin vaxt 65 yaşı olanların nə qədər yaşayacağını araşdırarkən məlum olub ki, həmin yaşda olan hər kəs daha 27.5 il ömür sürə bilər. Mütəxəssislər bunu yaxşı qidalanma, normal qan təzyiqi, tütündən uzaq olmaq, səhiyyə xidmətlərinin yüksək səviyyəsi, yeni tibbi biliklər və texnologiyaların tətbiqi ilə əlaqələndiriblər.Tədqiqatlar ABŞ sakinlərinin ən qısa ömür sürəcəyini də ortaya çıxarıb: qadınların 83.3, kişilərin isə 79.5 il yaşayacağı açıqlanıb. Onlar bunun əsas səbəbi kimi artıq çəki, universal səhiyyənin yoxluğu, uşaq və ana ölümünün yüksək səviyyəsini göstəriblər.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05