Dekabrın 2-də Kot-Divuarın paytaxtı Abidcan şəhərində taekvando üzrə Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, iki gün davam edəcək yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət Azərbaycan milli komandasının dörd üzvü noyabrın 29-da Abidcan şəhərinə yollanıb.Dünya Taekvando Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsayev (80 kq-dan yuxarı) və Milad Beigi Herçəqani (80 kq), eləcə də reytinqdə yeddinci pillədə qərarlaşan Ayxan Tağızadə, 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi 68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaqlar.Turnirdə qalib idmançı aktivinə 80, ikinci yerin sahibi 48, üçüncü yeri tutan idmançılar isə 28,8 reytinq xalı əlavə edəcəklər.Baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvandoçularımız dekabrın 5-də Vətənə qayıdacaqlar.Xatırladaq ki, Rusiyada start götürən Qran-Pri turnirinin sonrakı mərhələləri Mərakeşdə və Böyük Britaniyada keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…