Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.Azərtac xəbər verir ki, dekabr üçün tərtib olunan siyahıda yığmamızın üç taekvondoçusu yer alıb.Hesabında 435,66 xal olan “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionumuz Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində yenə də birinci pillədədir.Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) 469,86 xalla reytinq cədvəlində birinci yerdə qərarlaşıb.Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2015”in və İslamiadanın çempionu olan Ayxan Tağızadə 207,15 xalla yeddinci pillədə yer alıb.Qeyd edək ki, reytinq xalları Dünya Taekvondo Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvondo qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…