Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 27 sentyabr –Dünya Turizm Günü münasibətilə Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçirilib.Azərtac xəbər verir ki, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkə səfirliklərinin nümayəndələri iştirak edib.Festivalda iştirak edən ölkələr stendlərində təmsil etdikləri ölkələrin mədəniyyəti, mətbəxi və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar verib, suvenirlər nümayiş etdiriblər. Paytaxt sakinləri və qonaqlar həmin ölkələrin bələdçi xəritələri, təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlərlə də tanış olublar.Festival mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək, o cümlədən Azərbaycan mədəniyyəti və tarixini, İçərişəhərin turizm potensialını dünyada tanıdılması məqsədi daşıyır.Xatırladaq ki, Dünya Turizm Günü 150-dən çox ölkədə qeyd olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…