Mayın 31-i hər yerdə Dünya Tütünsüz Günü (World No Tobacco Day) qeyd edilir. Bu gün Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasında 1988-ci il 19 nömrəli qətnamə əsasında təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır. Dünya Tütünsüz Günündə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Bakının 189-190 nömrəli tam orta məktəbində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün brifinq keçirib. Tədbir çərçivəsində bu məktəbin şagirdləri arasında asfalt üzərində “Tütünsüz dünya yarat!” devizi altında rəsm müsabiqəsi təşkil olunub. Azərtac xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Ceyran Quliyeva, İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova, ekspert Şəhla Mirzəzadə və Milli Onkologiya Mərkəzinin torakal onkologiya bölməsinin elmi işçisi Arif Hətəmov sağlam həyat tərzinin xüsusilə gənclər arasında aktual məsələ olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, müasir cəmiyyətdə siqaret, narkomaniya və alkoqolla bağlı problemlər kəskinləşib. Bu zərərli vərdişlər hər il minlərlə insanın səhhətinə sağalmaz ziyan vurur. Problemin aktuallığı nəzərə alınaraq Azərbaycan Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilib. Bu Sərəncamın icrası ilə əlaqədar ictimaiyyət üçün maarifləndirmə tədbirləri və gənclər arasında sağlamlıq məsələlərinə dair forumlar keçirilir. Məlumat verilib ki, İSİM tütün üzrə tədqiqat aparıb və Bakı şəhərinin təhsil müəssisələrində “Tütünsüz həyat: seçim et!” mövzusunda təqdimat keçirib. 2012-ci ildə İSİM ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin dəstəyi ilə Azərbaycanda 13-15 yaşlı gənclər arasında tütündən istifadə üzrə qlobal tədqiqatın nəticələrini (GYTS) açıqlayıb. Bu tədqiqat orta məktəblərdə 2000-dən çox şagirdi əhatə edib. Sorğunun nəticələrinə əsasən, şagirdlərin 94 faizi ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulmasını lazım bilir. DST-nin məlumatına görə, hər il 6 milyon insan tütünün yaratdığı xəstəliklər nəticəsində həyatını itirir. Qeyd edilib ki, Azərbaycanda kişilərin 40-60, qadınların 2-10 faizi siqaret çəkir. Əksəriyyət siqaret çəkməyə 12-16 yaşında başlayır və siqaretə qarşı mübarizəni uşaqlar arasından başlamaq lazımdır. Tədbirdə məktəblilərə İSİM-in bukletləri, müxtəlif tematik nəşrləri paylanılıb. Sonda asfalt üzərində rəsm müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…