Azərbaycanın diaspor nümayəndəsi Eluca Atalı uzun illərdir ki, Stokholmda yaşayır. Millətin və ölkənin adına genişmiqyaslı fəaliyyət göstərən yazıçının 18 kitabı çapdan çıxıb. Onun son işıq üzü görən “Tiqranizm Xocalıda” kitabı son bir neçə ayda geniş müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, əsərdə ermənilərin əsrlərboyu türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında təqdim olunub. Eluaca Atalı ilə Bakı səfəri zamanı görüşüb geniş söhbət etdik. xeber100.com üçün hazırladığım müsahibənin əsas mövzusunu dünya ölkələrində olan diaspor təşkilatların fəaliyyəti təşkil edir.
-Uzun illərdir vətəndən uzaqlarda yaşasanız da fəaliyyətinizə bir an olsun ara vermədiniz. Necə bilirsiniz dünya ölkələrində səsiniz və ya səsimiz eşidilirmi?
-Əvvəla deyim ki, bu müsahibədə hər şeyi öz adı ilə çağırıb, düşündüklərimin hamısını deyəcəm. Siz çap etsəniz də, etməsəniz də bunu edəcəm. Birincisi, mən siyasətçi deyiləm, ruhaniyyatçıyam, Asif Ata bizi belə öyrədəb. İcazəli qəhrəmanlıq olmaz! İkincisi, heç kimdən, heç nədən umacağım olmadığından, yəni, imtinanı bacaran birisi olduğum üçün istənilən yerdə, istənilən zamanda birbaşa söz deyə bilirəm. Bir yazarla siyasətçinin fərqi də burdur, yazarın uçuş səması siyasətçininkindən çox genişdir, əngindir. Siyasətçi səmada qol-qanad açmaqdan ötrü gərək hökmən ona qarşı süzəni vurub özünə yol aça, yoxsa qollarını tam gərə bilməz, səmasını qarşıdakı daraldır. Amma yazar mənəviyyat adamıdır, özünü dərk edib mənəviyyatını, ruhunu çirkabdan təmizlərsə, onun azad uçmasında maneə ola bilməz. Düşünürəm, məsələnin bir tərəfin açmış oldum. Həm də bununla istərdim ki, oxucular bilsin ki, kimlə söhbət edirlər. Bu baxımdan düşünürəm ki, fəaliyyətimə ara verməyə haqqım yoxdur, həm də az qala bütün dünyanın üstümüzə gəldiyi bir məqamda. Minimal məişətlə kifayətlənib, yaradıcılığa və ictimai fəaliyyətə vaxt ayırmağı özümün yurddaşlıq borcum hesab edirəm, çünki vətənim hər mənada talanıb və bu soyğunçuluq davam etməkdədir. Belə olan halda, özümə haqq qazandırmıram ki, bozbaş bişirməklə qadınlığımı və insanlığımı bitmiş hesab edim. Və həm də istedad səninki deyil, fitrətdir, niyə də bu vergi vətənimə, yurduma sərf olunmasın ki? Dünya ölkələrində səsimizin eşidilməsinə gəlincə, bu tək mənə yox, bütün 50 miljona aid olduğundan bu məsələyə baxışım bir qədər başqa olacaq. Birinci, canımızda olan etinasızlıq, qəhrəmanlığı hamının yanındakından gözləməsi prinsipi elə bil bizə hakimdir. Ən nifrət etdiyim “bu məsələnin zamana ehtiyacı var” ifadəsidir. Bunu işlədənlər acizlərdir. İşlədənlər çoxaldığından deyirəm, acizlik artıb. Bu da o deməkdir ki, millətin özünə inamı qırılıb. Dünyaya səsin çatdırılmasının bir neçə yolu var – siyasi, mədəni, ədəbi… Mənimki ədəbi yol olduğundan öz sahəmlə başlayacam və həm də deməliyəm, ədəbi yol bağırtı ilə olmur, pıçıltı ilə olur hardasa, yəni, hay-küysüz beyinlərə hökm edirsən. Təəssüf edirəm, hələki ədəbi yolda bunu edə bilməmişik. Hansı romanımız var Qarabağ problemin, Xocalı faicəsin dünyaya tanıtmaq səviyyədə yazılsın. Açığını bilmək istəsəniz, bugünkü ədəbiyyatımızdakı nəsrin boyu çox balacadır, lap lilliput kimi. Məhz nəsri deməkdə məqsədim odur ki, bir ölkənin problemi nəsrlə qələmə alına bilir. Hamı sevgiden yazır, elə bil bu millətin Qarabaq, Güney Azərbaycan, minalanmış torpaq dərdi, əkilməməkdən vəhşiləşib ilan-şayan mələşən yurd yeri, işsizlik və s. yoxdur. Süleyman Rüstəmin dili ilə desək: Cənnət görmək istəyən Azərbaycana gəlsin!” Və ona görə gəlsin ki, “El azaddır, dil azaddır, azad sazlarda tel azaddır!”
-Sizcə dünya ölkələrində olan diaspoir təşkilatlarımız Azərbaycanı, Azərbaycançılıq ideyalarını kifayaət qədər təbliq edə bilirlərmi?
-Diasporamız Azərbaycançılıq ideyasına tam sahibdirlərmi? Biz ilk növbədə bu suala cavab verməliyik. Əgər diasporada fəaliyyət göstərənlərin əksəriyyəti keçmiş kommunistlərin tör-töküntüsüdürsə, əsasən, hamısını bura şamil etmirəm, çünki bu qurumda saf insanlar var, onların Vətən, yurd sevgisindən vicdansızcasına bəhrələnirlər və ya xüsusi təyin edilmiş adamlardırsa, onda məlum məsələdir diasporada Azərbaycançılıq ideyasını anlayanların vəziyyəti hansı dərəcədədir və ya Azərbaycanın mahiyyətin bunlar anlayırlar. Asif Atanın bir fikri var, deyir: “Azərbaycanla zarafat etməyin, onun mahiyyəti böyükdür”. Təəssüf edirəm, bu gün bütün sahələrimizdə olduğu kimi, bu başıbəlalı diaspora sahəmiz də şou səviyyəsinə gətirilib.
– Əgər yetərincə təbliğ olunuruqsa o zaman niyə Qarabağ probleminin həllində hələ də bir irəliləyiş yoxdur?
-Heç bir siyasi partiya — yaşadığımız ölkədən gedir söhbət, bizi təhvil almır, çünki böyük say olduğumuzu göstərə bilmirik. Bunun da köklü səbəbləri var. Yaşadığımız ölkələr əksər hallarda yalnız mədəni fəaliyyət göstərməklə kifayətlənirik. Ona görə də yaşadığımız ölkələrdə nə deputat kimi parlamente gedib çıxa bilirik, nə də nazirlər kabinetinə.Təsəsvvür edin ki, bir isveçli deputatın arvadı ermənidir, onun vasitəsi ilə ermənilər saxta material verib kitablar yazdırırlar…
-Sözünüzdən belə çıxır ki, Azərbaycan diasporasının işi o qədər də qənaətbəxş deyil. Necə bilirsiniz, diaspor təşkilatın adıyla saxta işlər quranlar var?
-Saxta iş quranlar var deyirsiniz, mənsə deyirəm, saxta iş qurmayan varmı diasporada? Gəlin buna aydınlıq gətirək. Əslinə qalsa diaspora vətən və millətlə bağlı ətrafında baş verənlərə reaksiya bildirməli və idarə etməlidir hadisələri, yaxşı bir məcraya yönəltməlidir. Lakin bizdə əksinədir, diaspora idarə olunur. Bu səbəbdən də diaspora lazımı işi görə bilmir. Müstəqil olmayan bir qurum hansı işi görə bilər, sizcə? Sözdə, düşüncədə, əməldə müstəqil, azad olmaq tək fərdə aid deyil, quruma da şamil edilir, ilk növbədə diaspora kimi xaricdə gərəkli bir quruma. Qurum fərdlərdən yaranır, təəssüf, fərdlərimiz təmənnadan, şəxsi mənfəətlərindən asılıdılar. Bu da ümumiləşib boyunduruq yaradır, azad əməl yetirməməkdən ötrü dediyim bu hal hələ ki, böyük maneədir. Bu hadisələri siz kənardan müşahidə edirsiniz, bəlkə də çox vaxt incəliyinə varmırsınız, amma biz xaricdə yaşayanlar bunun içindəyik. Etiraf edim ki, diaspora məsələsi sevmədiyim mövzudur. Müsahibələrimin birində demişdim “Diasporadan danışanda özümü gəlindən gileyli qaynana kimi hiss edirəm.” Hər ölkədə diaspora təşkilatların birdən artıq yaradırlar bilərəkdən ki, onları bir-birinə qarşı qoysunlar, real gücü parçalasınlar.
-Bir qədər də bədii yaradıcılıqdan danışaq. Bu istiqamətdə gördüyünüz işlər artıq diqqət mərkəzində dayanır. Necə bilirsiniz, bəlkə də elə siyasi fikirlər var ki, onu bədii dildə daha aydın ifadə etmək olar?
-Məndən ötrü siyasətin sərhədləri çox məhduddur, onu genişləndirəcək siyasətçi hər an ehtiyatlı olmalıdır. Siyasətçi bildiyini, gördüyünü və edəcəyini tam çılpaqlığı ilə açıqlamağa qadir deyil. Yazarlıqda isə tam fərqlidir, özünü gizlətdikcə xalqdan uzaq düşürsən, oxucunu itirirsən və ya oxucu kütləsin qazanmırsan. Siyasətin səması çox balacadır, siyasətçi ətrafındakıları vurmasa, o səmada azad uça bilməz. Yazarınsa belə bir “ovçuluğuna” ehtiyac qalmır, çünki o həqiqətçidir, ruhaniyyatçıdır. Bu səbəbdən də onun biclik işlətməyinə ehtiyac yoxdur, onun bicliyi elə düzlüyüdür!!! Keçək sizin sualın canına, bəli, mən düşünürəm siyastlə deyilə bilməyən bədii əsərlə deyilə bilər. Peru yazıçısı Mario Varqas Lyosanın “Kəpənəyin ölümü” romanı, Markezin “Patriaxın payızı” diktatorun ölümünə həsr olunub, diktatura yüzə-yüz orda incəliyinə qədər bədii təsvir vasitəsi ilə gerçəklik formasında şərh edilir. Bunu hansı siyasətçi izah edə bilər yazar kimi? Siyasətçi bunu yalnız dilinə gətirə bilər bir-iki təsvirlə, lakin tam açıqlamağa qadir olmaz. Bu güc, potensiya onda yoxdur.
-Bəlkə Azərbaycan həqiqətləri faktlara əsaslanan bədii tarixi əsərlərlə daha asanlıqla dünyaya çatdrılıa bilər?
-Sizin dediyiniz yolla, faktlar əsasında gerçək tarixi bədii yolla yazmaq, göstərmək kimi əsrlərin sınağından çıxmış formanı “Tiqranizm Xocalıda” kitabımda verdim. Həqiqəti bu yolla çatdırmaq asandır, gəl ki, çatdırmaq istəyin olsun. İstək və metod üst-üstə düşəndə bəhrəsi yaxşı olur.
-Zənnimcə dünya ölkələri bizi tam olaraq tanımır, tanısalar necə haqsızlığa məruz qaldıqlarımızın şahidi olarlar. Bəlkə də özümüzü dünyaya bədii dildə, bədii təsvir vasitələri ilə tanıtmalıyıq…
-Tanımırlar, yoxsa tanımaq istəmirlər və ya biz özümüzü nə dərəcədə təqdim edə bilmişik dünyaya? Əvvəla deyim ki, yaxın şərq ölkələrini çıxmaq şərti ilə dünyada Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yoxdur. Xüsusi avropa, qərb türkoloq, şərqşünaslarının ədəbiyyatımızla bağlı bilgisini qoysaq kənara, demək olar ki, geniş oxucu kütləsinin ədəbiyyatımız haqda qəti bilgisi, məlumatı yoxdur. Oxucu kütləsi ədəbiyyat haqda olan elmi əsəri və ya ədəbi təhlili oxumur, onun dünyagörüşünə uyğun bədii əsəri təqdim edəndə oxuyur, təqdim etməzsən axtarıb oxumaz və ya məlumatı olmadığı hadisə barədə durub ədəbiyyat axtarmaq arzusunda olmaz. Onsuz da bu gün dünyada o qədər informasiya var ki, adam ona təqdim edilənlərin hamısını oxuya bilmir. Marağına uyğunu seçib oxuyur. Bu səbəbdən də biz tarixi dərdlərmizi və bu günümüzdə olan problemlərimizi duyğusal yox, doğru təhlillərlə xarici oxuculara çatdırmağı bacarmalıyıq. “Azadlıq hekayələri”, “Bir udum azadlıq”, “Tiqranizm Xocalıda” kitablarımda tariximizlə bağlı hadisələr bədii biçimin alıb. Mənə bir qədər qəribə gəldi İsveç yayınevinə əsərlərimi göndərərkən onların “Heykəllər niyə danışmır” hekayəmi seçmələri. 20 Yanvar hadisəsindən sonra bir ananın qucağında tutduğu yaralı körpəsi ilə bağlı yoldan keçən bir uşağın heykələ baxıb onunla yol gedən yetkin adamdan sorğu-sual etməsi bu hekayenin məğzini təşkil edir. İsveçlilərin bu əsəri seçməsindən sonra arayıb baxıb gördüm ki, nəinki uzaq, yaxın tariximizlə belə biz heç nəyi özümüzdən kənara sızdıra bilməmişik….
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…