Dünyanın ən çox qazanan idmançılarının adı açıqlanıb

10 İyun 2016 12:42

Xəbər 1043 dəfə oxunub

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb. Apa-nın məlumatına görə, “Forbes” jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. K.Ronaldu “Forbes”-un siyahısına başçılıq edən ilk futbolçudur. O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldu gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb. Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb – 77,2 milyon.

Dünyanın ən çox qazanan 10 idmançısı:

1. Kriştianu Ronaldu (futbol) – $ 88 mln

2. Lionel Messi (futbol) – $ 81,4 mln

3. Lebron Ceyms (basketbol) – $ 77,2 mln

4. Rocer Federer (tennis) – $ 67,8 mln

5. Kevin Dürant (basketbol) – $ 56,2 mln

6. Novak Cokoviç (tennis) – $ 55,8 mln

7. Kem Nyuton (Amerika futbolu) – $ 53,1 mln

8. Fil Mikelson (qolf) – $ 52,9 mln

9. Cordan Spayet (qolf) – $ 52,8 mln

10. Kobi Brayant (basketbol) – $ 50 mln