Bu gün dünyada ən uzun yeraltı tunel olan Qotard Baza istifadəyə veriləcək. Nəqliyyat tunelinin ümumi uzunluğu 57 kilometrdir. Dünyanın ən uzun tuneli İsveçrədə istifadəyə təqdim olunacaq. Tunel dəmiryol qatarları üçün nəzərdə tutulub. Qotard aşırımından keçən tunelin açılışında Avropa Birliyinin (AB) nəqliyyat komissarı Violeta Bulc iştirak edəcək. O, tunelin açılışını əsl tarixi hadisə adlandırıb. Qotard Baza tuneli Alp dağlarının içindən keçərək Avropanın şimalı ilə cənubu birləşdirəcək. 2016-cı ilin dekabrından etibarən tuneldən kommersiya məqsədilə istifadə edilməyə başlanılacaq. Buradan Avropanın fərqli ölkələri keçid kimi istifadə edə biləcək. Açılışa yüz mindən artıq ziyarətçinin gələcəyi deyilib. Qotard tunelinin uzunluğu 57 kilometrdir və o, 20 il ərzində tikilib. Layihə ümumilikdə 12.3 milyard ABŞ dollarına başa gəlib. Tuneldə sərnişin qatarları üçün saatda 250 kilometr, yük qatarları üçün isə saatda 100 kilometr sürət nəzərdə tutlub. Sen-Qotard aşırımının altından 16.9 kilometr uzunluğunda avtomobillər üçün nəzərdə tutulmuş tunel də mövcuddur. İsveçrə hökuməti və AB isə daha ekoloji variant olan dəmiryolunun inkişafına yatırım etməyi planlaşdırır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…