Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb. 45 kq çəki dərəcəsində mübarizə aparan gənc taekvandoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.Qadın taekvandoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olmuşdular.Beləliklə, milli komandamız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə, 10 medalla başa vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…