“Azər-Türk Bank” “Asan imza”nın tətbiqi ilə internet bank xidmətini istifadəyə verib. Bankdan Azərtac-a bildiriblər ki, korporativ müştərilərə müasir və təhlükəsiz internet bankçılıq xidməti göstərmək məqsədilə “E-bank” xidməti yaradılıb. “Etibar etdiyiniz ünvan” şüarı ilə fəaliyyət göstərən bank bu xidmət vasitəsilə müştərilərinə maliyyə əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır. “E-bank” məhsulu “Asan imza” mobil elektron imza ilə inteqrasiya olunmuş internet bankçılıq proqramıdır. Ölkədə ilk dəfə “Azər-Türk Bank” daxilolma və təsdiqləmə üsullu “Asan imza” internet bank xidmətini tətbiq edir. Belə ki, sistemdən istifadə zamanı digər ənənəvi giriş üsullarına (istifadəçi adı, şifrə və s.) və müştəri tərəfindən əlavə eyniləşdirmə məlumatlarının daxil edilməsinə ehtiyac olmur. “E-bank” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı məsafəli şəkildə nəzərdən keçirə, idarə edə bilər. Xidmətin tətbiqi Ukraynanın “Datas Technology” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…