Azərbaycanda “Avropa üçün biznes həftəsi” başlayır.”East İnvest 2″ Şərq Tərəfdaşlıq proqramı çərçivəsində martın 6-dan 10-dək Bakıda biznesə dəstək təşkilatları, sahibkarlar və biznes assosiasiyaları üçün bir sıra işgüzar tədbirlər təşkil olunacaq. Bu tədbirlər silsiləsi Azərbaycan biznes assosiasiyalarını və sahibkarlığı dəstəkləyən təşkilatları ictimai-özəl sektor dialoqu layihəsində iştirak etməyə, kiçik və orta müəssisələrin inkişafına dəstək verməyə yönəldilib.Azərtac xəbər verir ki, bu barədə layihənin idarəetmə komandasının nümayəndəsi Kristian Gessl martın 6-da Bakıda keçirilən “Avropa üçün biznes həftəsi”nə həsr olunmuş tədbirdə deyib.Qeyd edilib ki, həftə biznes assosiasiyaları və sahibkarlığı dəstəkləyən təşkilatlar üçün cari texniki və maliyyə yardım proqramlarının təqdimatına yönələn, eləcə də donor təşkilatların və kiçik və orta müəssisələr arasındakı şəbəkənin qurulmasını asanlaşdıran Donor Forumu ilə başlayacaq. Şərq Tərəfdaşlığı proqramı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsdür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…