Tam pediatrik oftalmoloji müayinə…

1 İyun 2018 14:46

Xəbər 1048 dəfə oxunub

SEVGİLİ uşaqlarımızın  (18 yaşadək) GÖRMƏ itiliyi, görmə orqanı funksiyaları, ÇƏPGÖZLÜYÜN müxtəlif növləri, ambliopiyalar (tənbəllik); irsi patologiyalar; refraksiya qüsürları (miopiya, hipermetropiya, astiqmatizm); anadangəlmə KATARAKTAlar; qapaq patologiyaları (koloboma, hordeloum, chalazıon və s.); müxtəlif mənşəli konyunktivitlər; göz dibi və uşaqlarda müşahidə olunan bütün növ patologiyaların MÜAYİNƏ və MÜALİCƏSİ. Hər yaş qrupu üçün təchiz olunmuş müasir cihazlar və TAM pediatrik oftalmoloji müayinə.
QEYD:
•Ailənizdən olan İKİ uşağın bütün göz müayinələri bir nəfərin ödəniş qeydiyyatı ilə aparılacaqdır.
•Ailədə Bir valideyn himayəsində olan uşağa müayinə ödənişsizdir.
•EYNƏK KORREKSİYASI təyin olunanlara klinikamızda bütün optik və gün EYNƏKləri; kontakt LİNZALARA 15% ENDİRİM imkanı
Həkim-oftalmoloq, ATUnun göz xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Aysel Qəlbinur. 2 İYUN, ŞƏNBƏ günü.
Ünvan: CASPİAN İNTERNATİONAL HOSPİTAl, Bakı ş., Badamdar, 1-ci yaşayış massivi, 31. Əlavə məlumat və qeydiyyat üçün müraciət edə bilərsiniz: Tel.: 012 502 55 05; 055 457 24 98; 050244 70 17.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05