Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən biri də elektron qaimə-fakturaların tətbiqidir. Bu isə vergi nəzarətinin daha da təkmilləşdirilməsinə səbəb olacaq.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, bu barədə iqtisadçı Rəşad Əliyev açıqlama verib.Ekspert qeyd edib ki, “E-qaimə-faktura vergiödəyiciləri üçün kağız formasında olan sənədləşdirmənin məhdudlaşdırılmasına, alış-veriş əməliyyatlarının elektron qaydada həyata keçirilməsinə şərait yaradacaq.R.Əliyevin sözlərinə görə, yeni dəyişiklik vergiödəyicilərini əlavə vergi hesablanmasından və sanksiyalardan qoruyur: “Bu sistemin tətbiqi biznes sektoru üçün risklərin qarşısını alacaq, onların vergi öhdəliklərini müəyyən etmələrinə imkan verəcək. Məsələn, sahibkar 10 milyon manatlıq sövdələşmə həyata keçirmək istədiyi zaman, gələcəkdə yarana biləcək öhdəliklərini vergi orqanının iştirakı ilə qabaqcadan müəyyən edəcək. Bu isə əməliyyatların daha rahat və asan aparılmasına şərait yaradacaq”.Qaimə-fakturaların tətbiqi bu ilin aprelində nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…