“Emirates” aviakompaniyası ABŞ-da Yaxın Şərq ölkələrindən olan sərnişinlərə təsir edən təhlükəsizlik qaydalarının tətbiqi ilə əlaqədar bu ölkənin beş şəhərinə reyslərin sayını azaldacaq. Azərtac xəbər verir ki, kompaniyanın məlumatına əsasən, reyslərin bir hissəsinin ləğv olunması ABŞ-a aviabilet tələbatının azalması ilə bağlıdır.Kompaniya Dubaydan Fort-Loderdeyl və Orlandoya gündəlik uçuşları həftədə yeddi reysdən beş reysə salmağı planlaşdırır. Həmçinin iyun ayında Boston, Sietl və Los-Ancelesə reyslər də gündə iki dəfədən bir dəfəyə endiriləcək.Xatırladaq ki, yanvarın sonlarında ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyan fərman imzalayıb. “Emirates” aviakompaniyasının prezidenti Tim Klarkın sözlərinə görə, bu səbəbdən ABŞ-a uçan sərnişinlərin sayı təxminən 1/3-dək azalıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…