İspaniyanın “Enagás” enerji şirkəti 2020-ci ilədək Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 1,450 milyard avro sərmayə qoymağı nəzərdə tutur.AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Antonio Larden deyib. Şirkətin səhmdarlarının ümumi iclası zamanı çıxış edən A.Larden bildirib ki, qitənin qaz bazarı üzrə Avropa Komissiyasının əsas vəzifələri təchizat və bazar inteqrasiyasının diversifikasiyasıdır.“Enagás” bu məqsədlərə nail olmaq üçün iki əsas layihədə iştirak edir. Bunlardan biri Fransa ilə İspaniya arasında şəbəkələrarası sistemin yaradılması layihəsidir. Digəri isə Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyayadək uzanacaq TAP qaz boru kəməridir”, – deyə o əlavə edib.Şirkətin baş icraçı direktoru Marcelino Oreja isə deyib ki, “Enagás” 2016-cı ildə 417,2 milyon avro xalis mənfəət əldə edib. Bu rəqəm əvvəlki illə müqayisədə 1,1 faiz artıb.Qeyd edək ki, “Enagás” TAP boru kəməri layihəsində 16 faizlik səhmə sahibdir. Şirkət İspaniyanın aparıcı təbii qaz nəqli şirkəti olmaqla ölkənin qaz sistemi şəbəkəsinin texniki meneceridir. “Enagás” 1972-ci ildə təsis edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…