“Brent” markalı xam neftin bir barrelinin bu il üçün orta qiyməti 54 dollar olacaq.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.Hesabata görə, “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 54 dollar, gələn il 57 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Bu proqnoz EIA-nın əvvəlki hesabatındakı proqnoz ilə müqayisədə 1 dollar/barrel çoxdur. EIA noyabr ayındakı proqnozunda “Brent”in bu il üçün orta qiymətinin 53 dollar, 2018-ci ildə isə 56 dollar olacağını planlaşdırırdı.ABŞ-ın Enerji İnformasiya Administrasiyasına görə, Qərbi Texas növü “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti bu il 50,5 dollar, gələn il 53 dollar səviyyəsində olacaq. EIA noyabrdakı proqnozunda isə “Layt”ın bu il üçün orta qiymətinin 50 dollar, gələn il 51 dollar olacağını nəzərdə tuturdu.EIA “qara qızıl”ın qiymətinə dair proqnozun artırılmasına səbəb kimi neftin qiymətinin ötən ay və bu ayın əvvəlində son 2 ilin maksimumuna çatmasını, eləcə də, qlobal neft ehtiyatlarının azalmasını, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin neft hasilatını azaltmağa dair sazişin müddətini gələn ilin sonunadək artırmalarını göstərib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…