Noyabrın 28-29-da 2017-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edən Türkmənistanın paytaxtı Aşqabadda təşkilatın 28-ci sessiyası keçiriləcək.Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabad sessiyası müvafiq sahə üzrə nazirliklərin, iştirakçı və müşahidəçi ölkələrin, həmçinin bir sıra beynəlxalq, regional qurumların rəhbərlərini və nümayəndələrini bir araya toplayacaq.Enerji Xartiyası Konfransının 28-ci sessiyasının işi iki hissədə – nizamnamə və nazirlər səviyyəsində keçiriləcək. Forumun gündəliyinə Enerji Xartiyasının builki işinin yekunları, həmçinin onun fəaliyyətinin təkmilləşdirilməsi və gələcəyin dayanıqlı enerji təminatı məqsədi ilə əməkdaşlığın gücləndirilməsinə aid geniş məsələlər kompleksi daxildir.Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun energetika sahəsində irəli sürdüyü və dünya birliyi tərəfindən dəstəklənmiş beynəlxalq təşəbbüslərin praktiki olaraq reallaşdırılması mövzusuna xüsusi diqqət ayrılacaq.Forum çərçivəsində müvafiq sahə üzrə sərgi təşkil olunacaq.Enerji Xartiyası Konfransının 28-ci sessiyasının nəticələrinə dair Yekun sənədin qəbul ediləcəyi gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…