Ermənistan silahlı qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimovadır.Azərtac-ın bölgə müxbiri Banu ilə onun müalicə aldığı xəstəxanada görüşüb. Başından yaralanan azyaşlı deyib ki, hadisə səhər saatlarında baş verib və ailəsi ilə birgə evdə olublar: “Səhər otaqda idik. Qardaşım, anam, nənəm, bir də mən. Mərmi atdılar evimizə düşdü. Başımdan yaralandım”.Qeyd edək ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…