Ermənistan türk mallarının idxalına qadağa qoyulmasını nəzərdən keçirir. Rusiya KİV-ləri xəbər verir ki, bu barədə çərşənbə günü “hökumət saatı” zamanı parlamentdə çıxış edən Ermənistanın iqtisadiyyat naziri Artsvik Minasyan bildirib. Deputatlardan biri ölkələr arasında diplomatik əlaqələrin olmadığını, eləcə də Ankaranın Qarabağ məsələsi üzrə Azərbaycanın mövqeyini dəstəklədiyini nəzərə alaraq, hökumətə türk mallarının idxalına, Türkiyədə istirahətə və ölkəyə birbaşa reyslərin həyata keçirilməsinə qadağa qoymağı təklif edib. Nazir qeyd edib ki, baş nazirin göstərişi ilə İqtisadiyyat Nazirliyi bu məsələ üzrə müvafiq araşdırmalar aparır, keyfiyyət və rəqabət nöqteyi-nəzərindən erməni iqtisadiyyatına təhdid doğuran mallar ilk növbədə araşdılır. Nazirin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın Aİİ bazarının təhlükəsizliyini qorumaq məqsədilə bir sıra mallara sanksiyalar tətbiq edə biləcəyi vasitələr mövcuddur. “Amma bütün məsələləri dəqiq hesablamaq lazımdır ki sosial ziyan dəyməsin. Bu yaxınlarda parlamentə baxılması üçün çıxarılacaq, dəqiq fəaliyyət proqramını təqdim edəcəyik”, – Minasyan deyib
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…