Estoniya Futbol İttifaqının məlumatına görə…

16 Avqust 2018 21:09

Xəbər 685 dəfə oxunub

Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün 7 milyon avro xərcləyib.Milli.az xəbər verir ki, bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. O, deyib ki, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi “Lilleküla” stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.Qeyd edək ki, Superkubokda iki İspaniya komandası – Çempionlar Liqasının qalibi “Real Madrid”lə Avropa Liqasında birinci olan “Atletiko” qarşılaşıb. Oyun Dieqo Simeonenin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com