Estoniya parlamenti üçüncü cəhddə ölkə prezidentini seçib. Bu, əvvəllər Avropa Hesablama Palatasında Estoniyanın nümayəndəsi olan Kersti Kalyulaydır. RİA Novosti informasiya agentliyi xəbər verir ki, parlamentdə keçirilən seçkilərdə namizəd deputatların səslərinin üçdə iki hissəsini – 101 səsdən azı 68-ni toplamalıdır. Dövlət başçısı postuna yeganə namizəd olan Kersti Kalyulayda isə 81 deputat səs verib. Beləliklə də o, Estoniyanın ilk qadın prezidenti seçilib. Estoniyanın hazırki prezidenti Tomas Hendrik İlvesin səlahiyyət müddəti oktyabr ayında başa çatır. O, bu postu ikinci dəfə tutduğundan konstitusiyaya əsasən üçüncü müddətə seçilə bilməz. Xatırladaq ki, bundan əvvəl prezident seçməyə göstərilən iki cəhd nəticəsiz qalmışdı. Estoniyada prezident seçkilərinin iki səviyyəli seçki sistemi mövcuddur. Əvvəlcə dövlət başçısını parlament seçməyə çalışır. Əgər namizədlərdən heç biri lazımı qədər səs toplamasa, seçkilər seçənlər kollegiyasında davam etdirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…