Beynəlxalq Enerji Agentliyinin “EU4Energy” proqramı çərçivəsində “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”nda iştirak və “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Energetika Nazirliyinin əməkdaşları Eldar Şiriyev və Otel Hüseynov Belarusda səfərdə olublar.Qeyd edək ki, Strateji Yol Xəritəsində texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi nəzərdə tutulur. Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, bu tədbirin icrası üçün Belarus təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə nazirliyin nümayəndələri istehlakçıları təbii və mayeləşdirilmiş qazla təmin edən “Minskoblgaz” Unitar Müəssisəsinə baş çəkiblər. Minsk vilayətinin qaz təchizatı şəbəkələrinin mərkəzdən interaktiv idarəetmə sistemi ilə tanış olublar. Bildirilib ki, ölkənin ən böyük qaz təchizatçılarından olan müəssisə qaz paylama sisteminin idarə olunmasını, istehlakçılara qaz təchizatını, qazpaylayıcı sistemə aid obyektlərin mərkəzləşdirilmiş idarəedilməsinin təşkilini, qaz təchizatı sisteminin istismara buraxılmasını, qazpaylama sisteminin obyektlərində enerji qənaət avadanlıqlarının və qabaqcıl texnologiyaların istifadəsini və ətraf mühitə zərərli təsirini azaldan avadanlıqlarla təchiz olunmasını təmin edir. Eyni zamanda, qazpaylama sisteminin obyektlərinin yanğından mühafizə, sənaye və ətraf mühitin təhlükəsizliyinin təmin olunması tədbirlərini həyata keçirir. Bütün növ istehlakçıları, müasir qaz ölçü cihazları, enerji qənaət texnologiyaları və s. ilə təmin edir.Müəssisədə keçirilən görüşdə qaz təchizatı sahəsində hər iki ölkənin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən islahatlar və əldə edilən uğurlar barədə məlumat verilib, “Cənub Qaz Dəhlizi” layihəsinə dair videoçarx nümayiş etdirilib.Nümayəndə heyəti “Minsk Təmir-İstehsalat İdarəsi”, “Maye Qazın Təchizatı Sahəsi”, “Qaz Tənzimləyici Məntəqələri və Əhaliyə Xidmət Mərkəzi”, “Rudenski” Qazdoldurma Stansiyası”nın işi ilə tanış olublar.Energetika Nazirliyinin nümayəndələri “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”na da qatılaraq çıxışlar ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…