Fevralın 9-da Pxençanda start götürəcək Qış Olimpiya Oyunları gözlənilməz təhlükə – norovirus infeksiyası epidemiyası ilə üzləşib.Euronews telekanalı xəbər verir ki, artıq qastroenteritə səbəb olan virusla həm xidmət personalı, həm də idmançılar yoluxub. İnfeksiyanın yayılmasından ehtiyatlanan təşkilatçılar təhlükəsizlik xidmətinin 1200 əməkdaşını işdən uzaqlaşdırmağa məcbur olub.Epidemiya riskindən əlavə, oyunlara güclü şaxtalar da maneə yarada bilər. Belə ki, Pxençanda havanın temperaturu gecələr mənfi 21 dərəcəyə qədər aşağı enir. Bu səbəbdən təşkilatçılar tamaşaçıları isti qida və adyalla təmin edəcəklərini bildiriblər.Təşkilat komitəsi isə öz növbəsində əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi idman növləri üzrə yarışların digər vaxta keçirilməsini istisna etmir. Lakin bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunmalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…