Braziliya senatı bu gün ölkə prezidenti Dilma Russeffin maliyyə pozuntuları ilə əlaqədar impiçmenti məsələsinin müzakirəsinə başlayacaq. Euronews telekanalının məlumatına görə, senatın iclası məhkəmə dinləmələri şəklində keçiriləcək. Tərəflərin vəkilləri və şahidləri, həmçinin Dilma Russeff senatorlar qarşısında çıxış edəcəklər. Bu ərəfədə tərəfdarları qarşısında çıxış edən Russeff yenidən bütün ittihamları rədd edərək günahsız olduğunu bildirib: “Mən heç vaxt korrupsiya yolu ilə pul qazanmamışam. Mənim başıma gələnlər Braziliyada demokratiyanın sarsılmasına açıq işarədir. Biz belə halların təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”. Avqustun 29-da Dilma Russeffin senatda son söz ilə çıxış edəcəyi, avqustun 31-də isə senatorların yekun səsverməsinin keçiriləcəyi gözlənilir. İmpiçmentin qəbul ediləcəyi təqdirdə dövlət başçısı postunu vitse-prezident və hazırda prezidentin səlahiyyətlərini icra edən Mişel Temer tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…