“Europe Échecs” şahmat platformasının təşkilatçılığı ilə…

11 Aprel 2020 22:32

Xəbər 449 dəfə oxunub

Ötən həftə Fransada “C’Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə baş tutan onlayn blits turnir böyük marağa səbəb olub.Azərtac xəbər verir ki, karantin günlərində vaxtlarını evdə keçirən şahmatçıların onlayn yarışlara böyük maraq göstərdiklərini nəzərə alan təşkilatçılar bu həftə də belə bir turnir təşkil etmək qərarına gəliblər. Turnir aprelin 11-də start götürəcək.Yarışda ölkəmizi qrossmeysterlərimiz Rauf Məmmədov, Qədir Hüseynov və Namiq Quliyev təmsil edəcəklər.Qeyd edək ki, turnirin mükafat fondu 1200 avrodur.xeber100.com