“Eurotalents U-13” layihəsi çərçivəsində təlim-məşqlər başlayıb

3 Fevral 2020 11:37

Xəbər 575 dəfə oxunub

Avropa Stolüstü Tennis Birliyinin (ASTB) inkişaf proqramının bir hissəsi olan “Eurotalents U-13” layihəsi çərçivəsində təlim-məşq toplanışına start verilib. Toplanışa layihə çərçivəsində keçirilmiş seçim turlarında uğurla çıxış etmiş stolüstü tennisçilər qatılıblar.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, fevralın 3-dən 8-dək Çexiyanın Ostrava şəhərində keçirilən təlim-məşqlərdə təmsilçimiz Adil Əhmədzadə məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə hazırlığını artırır. Təlim-məşqlərin sonuncu günündə iştirakçılar beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.Qeyd edək ki, ötən il ASTB-nin təşkilatçılığı ilə “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turunda gənc idmançımız A.Əhmədzadə uğurla mübarizə apararaq Avropanın 13 yaşadək istedadlı stolüstü tennisçiləri siyahısına salınıb.xeber100.com